logo

Azərbaycanın Niderland Krallığında yeni səfiri təyin edilib

16:10 26-12-2019 | icon 2380
Azərbaycanın Niderland Krallığında yeni səfiri təyin edilib

 Prezident İlham Əliyev dekabrın 26-da Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sərəncamla Fikrət Fərman oğlu Axundov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.