logo

Gürcüstan kommunistləri Stalinin doğum gününü qeyd ediblər

13:27 22-12-2019 | icon 2401
Gürcüstan kommunistləri Stalinin doğum gününü qeyd ediblər

Gürcüstan Kommunist Partiyasının üzvləri dekabrın 21-də Qori şəhərində İosif Stalinin anadan olmasının 140-cı ildönümünü qeyd ediblər.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, yüzlərlə insan “xalqlar lideri”nin ev-muzeyinin qarşısına toplaşıb, sonra regionlardan gəlmiş kommunistlərin iştirakı ilə Qori şəhərinin mərkəzi meydana qədər yürüş edib. Onlar əllərində qırmızı bayraqlar, Stalin, Lenin və Karl-Marksın portretlərini tutublar. Bəziləri üzərinə SSRİ yazılmış papaq və şərf geyiniblər.

Meydana toplaşanlar hökumətdən Stalinin 2010-cu ilədək Qori şəhərinin mərkəzində olmuş abidəsinin bərpasını tələb ediblər. Aksiya iştirakçıları bununla bağlı imzatoplama kampaniyasına başlayacaqlarını bildiriblər.