logo

Parlament seçkilərinə qatılan sabiq bitərəfl deputatların sayı 11-ə çatır

22:33 21-12-2019 | icon 2247
Parlament seçkilərinə qatılan sabiq bitərəfl deputatların sayı 11-ə çatır

Növbədənkənar (VI çağırış) parlament seçkilərində iştirak edəcək sabiq bitərəf deputatların sayı artmaqda davam edir.

 YeniAvropa xəbər verir  ki, hazırda millət vəkili mandatını daşıyan 36 bitərəf depuatdan təxminən 11-i  fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etməyə qərarı verib.

Hələlik seçkilərdə iştirakı yüzfaizli təsdiqlənən deputatlar bunlardır: Çingiz Qənizadə, Azər Kərimli, Hacı Madər Musayev, Mahir Aslanov, Adil Əliyev, Azay Quliyev, Səttar Mehbalıyev,  Fəttah Heydərov, Ülvi Quliyev , Əflatun Amaşov, Rasim Musabəyov. Yaxın günlərdə daha 3 sabiq bitərəf deputat da bu marafona qatılacağı gözlənilir.

Qeyd edək ki, ötən parlament seçkisində olduğu kimi, bu dəfə də hakim Yeni Azərbaycan Partiyası tərəfindən bitərəflərin dəstəklənəcəyi, onların irəli sürüldükləri dairələrdən YAP-ın namizəd verilməyəcəyi məlum olub.

Xatırladaq ki, V çağırışda Milli Məslisin üzvü olmüş bitərəf deputatlardan ikisi -Flora Qasımova və  Elmira Axundovanın seçkilərdə iştirak etməyəcəklərini açıqlayıblar.