“Azercell” və Azərbaycan Beynəlxalq Bankından ölkəmizdə bir ilk
Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell Telekom” regionun aparıcı bankı olan Azərbaycan Beynəlxalq Bankı ilə birgə abunəçiləri üçün xüsusi kobrend kart təqdim edib.
YeniAvropa xəbər verir ki,bu kart öz sahibinə gündəlik xərclərindən əlavə qazanc əldə etmək fürsəti yaradır. Belə ki, kart sahibi nağdsız ödənişlər zamanı hər 1 manat üçün 1 bal əldə edərək, toplanmış balları şəbəkədaxili danışıq dəqiqələrinə və ya meqabaytlara dəyişə bilər. Bu imkandan yararlanmaq üçün müvafiq açar sözünü “2937” qısa nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir.
Kart üzrə SMS xəbərdarlıq və nağdlaşdırma xidməti üçün heç bir komissiya tutulmur. Müddəti 4 il olan kartı istənilən “Azercell” abunəçisi dekabrın 24-dən etibarən cəmi 20 manat ödəməklə Azərbaycan Beynəlxalq Bankının bütün filial və şöbələrindən əldə edə, eləcə də bankın rəsmi internet səhifəsindən sifariş verə bilər: https://ibar.az/az/azercell-co-brand/
“Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev deyib: “Texnologiyaların sürətlə inkişaf etdiyi bir zamanda bizim ölkənin aparıcı mobil operatoru kimi ən böyük vəzifəmiz istifadəçilərimizin gündəlik həyat prosesləri və işgüzar əməliyyatlarının daha da rahat şəkildə yerinə yetirilməsi üçün yeni məhsul və həllərin işlənib hazırlanmasıdır. Bu baxımdan, strateji tərəfdaşımız olan Azərbaycan Beynəlxalq Bankı ilə müştərək şəkildə istifadəyə buraxılan kart bir əməliyyat zamanı “Azercell” abunəçilərinə ikiqat fayda qazandıraraq onların həyatını daha mobil etməyə imkan yaradacaq”.
Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Abbas İbrahimov bildirib: “Bu kartın ən mühüm özəlliyi Azərbaycan bazarında hər biri öz sahəsinin lideri olan iki böyük şirkətin tərəfdaşlığının nəticəsi kimi ortaya çıxmasıdır. Ümid edirik ki, tərəfdaşlıq layihələrimiz bundan sonra da davamlı olacaq. Azərbaycan Beynəlxalq Bankı və “Azercell”in birləşən imkanları insanlarımızın həyatına yeni faydalar gətirəcək”.
Kobrend kartlarını AZN-lə yanaşı, USD və EUR hesablarında da aktivləşdirmək mümkündür. Azərbaycan Beynəlxalq Bankının “Qayğıkeş” layihəsi çərçivəsində bankla tərəfdaş məkanlarda bu kartla və bankın POS terminalları ilə ödəniş zamanı müştəri xərclədiyi vəsaitin 20 faizədək hissəsini dərhal kart hesabına geri alır. Tezliklə, kartın kredit imkanları da müştərilərin istifadəsinə təqdim ediləcək.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət etmək olar.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır