logo

Vladimir Zelenskinin Azərbaycana rəsmi səfəri başa çatıb

22:20 17-12-2019 | icon 2352
Vladimir Zelenskinin Azərbaycana rəsmi səfəri başa çatıb

Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana rəsmi səfəri dekabrın 17-də başa çatıb.

YeniAvropa xəbər verir  ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ukrayna prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskayanı hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər yola salıblar.