logo

Əli Əsədov  Neft Fondu Müşahidə Şurasının sədri seçildi

21:34 16-12-2019 | icon 2359
Əli Əsədov  Neft Fondu Müşahidə Şurasının sədri seçildi

Dekabrın 16-da Nazirlər Kabinetində Dövlət Neft Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.

YeniAvropa xəbər verir  ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibi haqqında sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Baş nazir Əli Əsədov Müşahidə Şurasına sədr seçilib. Dövlət Neft Fondunun 2020-ci il üçün büdcə layihəsi və digər məsələlər müzakirə olunub.