logo

Vladimir Zelenski Azərbaycana rəsmi səfərə gəlib

19:20 16-12-2019 | icon 2352
Vladimir Zelenski Azərbaycana rəsmi səfərə gəlib

Ukrayna prezidenti Vladimir Zelenski dekabrın 16-da Azərbaycana rəsmi səfərə gəlib.

YeniAvropa xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukrayna Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Ukrayna prezidenti Vladimir Zelenskini və xanımı Yelena Zelenskayanı hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici yşlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.