logo

Qatar məktəb avtobusu ilə toqquşdu: 3 olu, 22 yaralı 

20:33 15-12-2019 | icon 2576
Qatar məktəb avtobusu ilə toqquşdu: 3 olu, 22 yaralı 

Serbiyanın cənubunda qatar sərnişin avtobusu ilə toqquşub.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, toqquşma zamanı 3 nəfər həlak olub, 22-si ağır yaralanıb.

Yerli polisin məlumatına əsasən, hadisə səhər saat 06:30-da Niş şəhəri yaxınlığında baş verib. Qatar məktəb avtobusuna dəyərək onu iki yerə parçalayıb. Xəstəxanaya yerləşdirilən 22 yaralının 21-i uşaqdır. Həkimlərin qənaətinə görə, yaralılardan 6-sının vəziyyəti ağırdır.