logo

Siraqəddin Cabbarova da  “Vətənə xidmətə görə” ordeni verildi

17:28 14-12-2019 | icon 2877
Siraqəddin Cabbarova da  “Vətənə xidmətə görə” ordeni verildi

Prezident İlham Əliyev  dekabrın 14-də  Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun təltif edilməsi haqqında sərəncam imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir:

"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Siraqəddin Nəcəf oğlu Cabbarov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin" .

Xatırladaq ki, sabah Siraqəddin Cabbarovun 60 yaşı tamam olur. 

 Siraqəddin Nəcəf oğlu Cabbarov 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olub. 1981-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. İxtisasca mühəndis-mexanikdir. Əmək fəaliyyətinə 1981-ci ildə Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq kimi başlayıb.

28 avqust 1989-cu ildən 25 aprel 2008-ci ilədək Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və Binəqədi RİH başçının müavini vəzifələrində çalışıb. 25 aprel 2008-ci ildən 17 may 2019-cu ilə qədər Saatlı RİH başçısı vəzifəsində çalışıb. 

Prezidentin 17 may 2019-cu il tarixli sərəncamı ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir.Beş övladı var.