logo

İstanbul aeroportunda Türkiyə tarixində rekord miqdarda narkotik maddə ələ keçirilib

19:15 13-12-2019 | icon 1106
İstanbul aeroportunda Türkiyə tarixində rekord miqdarda narkotik maddə ələ keçirilib

İstanbul hava limanında 1 ton 745 kiloqram bitki mənşəli, narkotik təsirə malik kratom maddəsi ələ keçirilib. Bu, Türkiyə aeroportlarında bu günədək aşkarlanan ən böyük həcmdə narkotik maddədir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ələ keçirilən narkotik maddənin dəyərinin təxminən 70 milyon türk lirəsi (təqribən 20,5 milyon manat) olduğu bildirilir. Həmin narkotik maddə hava limanının karqo hissəsində aşkarlanıb.

Narkotik vasitənin İndoneziyadan ABŞ-a göndərilməsi məqsədilə Türkiyəyə gətirildiyi bildirilir.