logo

İrandan Azərbaycana i2 kq-dan  çox narkotika keçirilmək istədi

10:31 13-12-2019 | icon 2331
İrandan Azərbaycana i2 kq-dan  çox narkotika keçirilmək istədi

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DSX-nin mətbuat mərkəzindən YeniAvropa-ya bildiriblər ki, dekabrın 11-də “Astara” sərhəd nəzarət məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına rəsmi qaydada gələn İran vətəndaşı 1991-ci il təvəllüdlü Asadi Ramin Sedigh oğlunun üzərinə sərhəd və gömrük baxışı keçirilən zaman 25 bükümdə konfet bağlamanın içərisində və xüsusi hazırlanmış gül səbətinin altında gizlədilmiş ümumi çəkisi 2 kiloqram 137 qram tiryək aşkarlanaraq götürülüb.

Saxlanılan şəxs barəsində əməliyyat-istintaq tədbirləri davam etdirilir.