logo

Tacikistanda fərdi şəxslərə də qızıl çıxarılmasına icazə verilib

12:30 12-12-2019 | icon 2429
Tacikistanda fərdi şəxslərə də qızıl çıxarılmasına icazə verilib

Tacikistanda fərdi qaydada qızıl, gümüş və qiymətli daşların çıxarılmasına icazə verilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,  dövlət balansında olmayan sahələrdə yerli hakimiyyət orqanlarından icazə sənədi almaqla qazıntı işləri aparmaq olar.

Fiziki şəxslərin qazıntı aparacaqları vadilər, çay kənarları, dağ ətəkləri Tacikistanın Baş Geologiya İdarəsi tərəfindən müəyyən olunacaq.

Çıxarılmasına icazə verilən əlvan və qiymətli metallar arasında qızıl, gümüş, platin, volfram, titan, qalay, loparit, monasit, basnezit və ksenotim var.

Qiymətli və yarımqiymətli daşlardan rubin, sapfir, xrizolit, topaz, berill, nefrit, aqat, kvars qrupu, sürmə və s. çıxarmağa icazə verilib.

Qazıntı işlərində kimyəvi reaktivlərdən istifadə etmək qadağandır.

Fiziki şəxslər əldə etdikləri qiymətli metalı və ya daşı xüsusi məntəqələrə, yaxud da Maliyyə Nazirliyinin Dövlət Xəzinəsinə sata bilərlər.