logo

ABŞ İrana qarşı sanksiyaları sərtləşdirib

23:05 11-12-2019 | icon 2471
ABŞ İrana qarşı sanksiyaları sərtləşdirib

ABŞ İrana qarşı tətbiq etdiyi iqtisadi sanksiyaları daha da sərtləşdirmək istiqamətində növbəti addım atıb.

YeniAvropa ABŞ Maliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, İranın “Mahan AİR” aviaşirkətinin adı sanksiyalar siyahısına əlavə olunub.

Bundan başqa, Çinin və Birləşmiş Ərəb Əmirliklərinin bəzi şirkətlərinə də sanksiya tətbiq edilib.