logo

Fransada minimum pensiya 1000 avroyadək qaldırılacaq

19:49 11-12-2019 | icon 2373
Fransada minimum pensiya 1000 avroyadək qaldırılacaq

Fransanın baş naziri Eduar Filipp 2022-ci ildən ölkədə minimum pensiyanın həcminin min avroya qaldırılacağını elan edib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, o, bu barədə Fransa telekanallarına pensiya islahatı haqqında qanunun müddəalarını şərh edərkən bildirib. Baş nazirin sözlərinə görə, islahatlar üç prinsipə - universallıq, bərabərlik və məsuliyyətlilik prinsiplərinə əsaslanır. Bununla yanaşı, baş nazir təsdiqləyib ki, ölkədə pensiya yaşı dəyişməyəcək və 62 yaş olaraq qalacaq. Yeni qanun 2022-ci il yanvarın 1-də qüvvəyə minəcək.

Xatırladaq ki, hazırda Fransada minimum pensiyanın miqdarı 636 avro təşkil edir.

Eduar Filippin televiziyadakı çıxışı pensiya islahatlarına qarşı dekabrın 5-dən başlayan miqyaslı etiraz aksiyaları fonunda səslənib. Aksiyalarda cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar iştirak edirlər.