logo

YAP-ın seçki siyahısında köhnə və yeni simalar olacaq

19:30 11-12-2019 | icon 2296
YAP-ın seçki siyahısında köhnə və yeni simalar olacaq

"Bu gündən qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır. YAP vaxtı çatanda öz siyahısını elan edəcək".

YeniAvropa xəbər verir  ki, bu fikri YAP-ın sədr müavini- icra katibi Əli Əhmədov jurnalistlərə müsahibəsində  səsləndirib. O qeyd edib ki, həmin siyahı əsasında da YAP seçki kampaniyasını uğurla həyata keçirəcək.

"Bizim hələ vaxtımıza var. Hazırda siyahı üzərində iş gedir. Zamanı çatanda siyahı açıqlanacaq.  YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni və əvvəlki tərkibində olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar",-deyə Ə.Əhmədov vurğulayıb.