logo

Gələn ildən elektron vergi hesab-fakturası elektron qaimə-faktura ilə əvəzlənəcək

16:55 11-12-2019 | icon 2506
Gələn ildən elektron vergi hesab-fakturası elektron qaimə-faktura ilə əvəzlənəcək

Vergi Məcəlləsinə dəyişikliklərlə əlaqədar, 2020-ci ildən elektron vergi hesab-fakturası tam şəkildə elektron qaimə-faktura ilə əvəz olunaraq vahid sənəd formasında təqdim ediləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə Vergilər Nazirliyinin Media və Kommunikasiya İdarəsindən bildirilib.Qeyd edilib ki, bununla yanaşı, elektron qaimə-fakturaların fəaliyyət növləri üzrə fərqləndirilməsi nəzərdə tutulur. Bu dəyişikliklərin edilməsi sahibkarlar və mühasiblərlə görüşlərin nəticəsində qərara alınıb.

Yeni dəyişiklik vergi ödəyiciləri üçün vergi inzibatçılığının sadələşdirilməsi və operativliyin təmin edilməsi məqsədi daşıyır. Belə ki, ƏDV ödəyiciləri tərəfindən ƏDV-nin hesablanması və ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi məqsədilə də alınmış elektron qaimə-fakturalar əsas sənəd olacaq. Əgər bu vaxta qədər elektron qaimə-faktura yalnız mal, iş, xidmət təqdim edilməsini həyata keçirən sənəd idisə, gələn ildən elektron qaimə-faktura vergi ödəyiciləri arasında malların ümumən hərəkətini tənzimləyən ilkin uçot sənədi kimi çıxış edəcək.

2020-ci il yanvarın 1-dən elektron qaimə-fakturanı göndərən şəxs qarşı tərəfin razılığı olmadan sənədi ləğv edə bilməyəcək.