logo

Sulutəpədə şagirdləri vurub öldürən "KAMAZ"ın sürücüsü saxlanılıb

10:58 11-12-2019 | icon 2177
Sulutəpədə şagirdləri vurub öldürən "KAMAZ"ın sürücüsü saxlanılıb

Dekabrın 10-da saat 21 radələrində Şabran rayon sakini, 1993-cü il təvəllüdlü Ağayev Təbriz Rövşən oğlunun etibarnamə əsasında idarə etdiyi “Kamaz 53212” markalı 17-BC-869 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsindən Sulutəpə qəsəbəsi istiqamətində hərəkət edərkən yolu keçən piyadalar Cabbarlı Tural Mustafa oğlunu və Sultanlı Dilarə Bəxtiyar qızını vurması nəticəsində hər iki şəxs hadisə yerində həlak olub.

YeniAvropa xəbər verir  ki,bu barədə Bakı şəhər Baş Polis İdarəsinin və şəhər prokurorluğunun yaydığı birgə məlumatda bildirilib.Qeyd edilib ki, fakta görə Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizaları təyin olunub, şahidlərin və sürücünün ifadəsi alınıb, zəruri sənədlər toplanaraq cinayət işinə əlavə edilib və digər istintaq hərəkətləri yerinə yetirilib.

T.Ağayev iş üzrə şübhəli şəxs qismində saxlanılaraq müdafiəçinin iştirakı ilə dindirilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Xatırladaq ki, istintaqla məəyyən olub ki, 11-ci sinif şagirdləri Tural və Dilarə axşam saatlarında ali məktəbə hazırlıq kursundan evlərinə gedərkən qəzaya düşərək həlak olublar.