logo

Ağır atletimiz yeni Avropa rekordu müəyyənləşdirib

19:48 10-12-2019 | icon 2912
Ağır atletimiz yeni Avropa rekordu müəyyənləşdirib

İsrailin Eylat şəhərində keçirilən yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyində çıxış edən15 yaşadək atletlərin mübarizəsində Nurlan Məmmədzadə (73 kq)  təkanla qaldırmada145 kiloqramı ram edərək  Avropa birinciliyinin qalibi adını qazanıb.

 YeniAvropa xəbər verir  ki, Nurlan Məmmədzadə eyni zamanda, çıxış etdiyi yaş qrupunda bu çəki dərəcəsində təkanla qaldırma üzrə yeni Avropa rekordu müəyyənləşdirib.

Qeyd edək ki, Nurlan birdən qaldırma hərəkətində 115 kiloqram nəticə ilə beşinci yeri tutub. Yekunda N.Məmmədzadə 260 kiloqram (115+145) nəticə ilə turnirin sıralamasında ikinci yeri tutub.

Xatırladaq ki, dekabrın 7-də start götürən və ayın 14-dək davam edəcək Avropa birinciliyinə 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) qatılıb.