logo

“Şahdağ”da Azərbaycan və Rusiya  gənclərinin forumu keçiriləcək

15:58 09-12-2019 | icon 2401
“Şahdağ”da Azərbaycan və Rusiya  gənclərinin forumu keçiriləcək

2020-ci ildə “Şahdağ” Turizm Mərkəzində Azərbaycan və Rusiya regionlararası gənclər forumu keçiriləcək.

 YeniAvropa xəbər verir  ki, bu barədə baş nazirin müavini Şahin Mustafayev dekabrın 9-da jurnalistlərə müsahibəsində deyib.

Baş nazirin müavini qeyd edib ki, Azərbaycanla Rusiya gəncləri arasında əlaqələrin gücləndirilməsi və mütəmadi olaraq regionlararası gənclər forumlarının keçirilməsi ilə bağlı razılığa gəlinib. Bu forumların bir il Azərbaycanda, növbəti il isə Rusiyada keçirilməsi nəzərdə tutulub. İlk forum gələn il Azərbaycanda, "Şahdağ" Turizm Mərkəzində təşkil ediləcək.