logo

Tərcümənin səhv olduğunu anlayan Putin almanca danışdı

20:33 07-12-2019 | icon 3031
Tərcümənin səhv olduğunu anlayan Putin almanca danışdı

Rusiya prezidenti Vladimir Putin Soçidə alman sahibkarlarla bir araya gəlib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, fikirlərinin düzgün tərcümə olunmadığını hiss edən Rusiya lideri özü almanca danışmağa başlayıb.

Onun bu hərəkəti qonaqların gülüşünə səbəb olub. Bir müddət almanca danışan Putin “söylədiklərimi daha sonra sizə deyəcəm. Çox da maraqlı fikirlər deyildi” söyləyərək gülümsəyib. Sözlərinin ardından Putin çıxışını rus dilində davam etdirib.

Vaxtı ilə Şərqi Almaniyada KQB əməkdaşı olan Rusiya lideri Putin bəzən alman dilində də danışır. O, Almaniya kansleri Angela Merkel və Avstriya prezidenti Aleksandr Van der Bellen ilə alman dilində danışıb və dəvət məktublarına alman dilində cavab verib.