logo

Deputatlar AŞ PA-nın Büro və Komitə iclaslarına qatılacaqlar

19:25 07-12-2019 | icon 2345
Deputatlar AŞ PA-nın Büro və Komitə iclaslarına qatılacaqlar

Dekabrın 9-dan 13-dək Parisdə Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Büro, Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları və Monitorinq komitələrinin iclasları keçiriləcək.

YeniAvropa xəbər verir  ki, iclaslarda iştirak etmək üçün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və nümayəndə heyətinin üzvü, deputat Sabir Hacıyev  Fransaya səfər ediblər. 
Parlamentdən verilən xəbərdə qeyd edilib ki, iclaslarda 2020-ci ildə Parlament Assambleyasının fəaliyyət planı, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri, Azərbaycanda keçiriləcək parlament seçkiləri, Avropa Şurasının hüdudlarının dəqiqləşdirilməsi və gücləndirilməsi, iş yerlərində dini azadlığın qorunması, AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə məruzəsinin ilkin layihəsi, seçki sistemində minimum standartların tətbiq olunması, Əlcəzair ilə parlament çərçivəsində dialoq və digər mövzularda müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.
Deputatlar gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.