logo

Rusiya və Türkiyə hərbi polisi Suriyada növbəti birgə patrula başlayıb

17:58 07-12-2019 | icon 2576
Rusiya və Türkiyə hərbi polisi Suriyada növbəti birgə patrula başlayıb

Rusiya və Türkiyə hərbi polisi Suriyada növbəti birgə patrul xidmətinə başlayıblar.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, iki ölkənin hərbi polisi Suriyanın Qamışlı yaşayış məntəqəsi yaxınlığında növbəti birgə patrul xidməti həyata keçirib. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, birgə patrul Suriya-Türkiyə sərhədindəki Deyrun-Ağa keçid məntəqəsindən sərhəd boyu ərazidə aparılır. Hava patrulunu Rusiya Hərbi Kosmik Qüvvələri Ordu Aviasiyasının helikopterləri təmin edirlər. Patrulun tərkibinə 8 adda hərbi texnika, 50-yə yaxın hərbçi daxildir.

Bu, Rusiya və Türkiyə hərbi polisinin Suriyada artıq 14-cü hərbi patruludur.