Xəzərdə ən dərin quyu “Abşeron” yatağında qazılıb-7411 metr !
“Abşeron” yatağında SOCAR-ın Heydər Əliyev adına yarımdalma qurğusu ilə qazılan quyuda işlər tamamlanıb. Qiymətləndirmə və hasilat üçün nəzərdə tutulan bu quyu 7411 metr dərinliyə qazılmaqla, hazırda Xəzər dənizində ən dərin quyudur.
YeniAvropa xəbər verir ki, bu fikirlər SOCAR-ın prezidenti Rövnəq Abdullayevin Fransanın “Total” şirkətinin hasilat üzrə prezidenti Arnaud Breuillacın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə səsləndirilib.
Görüşdə iki şirkətin əməkdaşlığının “Abşeron” layihəsi çərçivəsində nailiyyətləri və əməkdaşlığın hazırkı effektivlik səviyyəsində davamlı olması üçün tədbirlər müzakirə olunub.
“Total”ın hasilat üzrə prezidenti A.Breuillac qeyd edib ki, “Abşeron” yatağında həyata keçirilən bu layihə şirkətin son 10 ildə ən böyük kəşfidir. “Abşeron” yatağı Azərbaycanın ən böyük qaz-kondensat yataqlarından biridir. Tərəflər, hər birinin 50 faizlik paya malik olduqları JOCAP birgə əməliyyat şirkətinin gələcəkdə layihənin idarəetməsini həyata keçirməsi fikrini təqdir ediblər.
SOCAR-ın prezidenti R.Abdullayev yataqların işlənilməsi və məhsulun reallaşdırılması üçün infrastrukturun əsas şərt olduğunu vurğulayaraq bildirib ki, hazırda Azərbaycan Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktura malik olduğu üçün müxtəlif yataqlardan hasil edilən məhsulların xarici bazarlara çıxarılması mümkündür. Bu da “Abşeron” və digər yataqların işlənilməsində Azərbaycanın və SOCAR yaratdığı kommersiya üstünlüyü və layihənin gəlirliyinə təsir göstərən mühüm töhfədir.
Görüşdə Xəzərin Azərbaycan sektorunda kəşfiyyat işlərinin aparılması ilə bağlı perspektivlər müzakirə olunub, qeyd edilib ki, SOCAR-ın təşəbbüsü və müxtəlif şirkətlərin iştirakı ilə Azərbaycanda planlaşdırılan genişmiqyaslı geoloji kəşfiyyat işləri layihəsi bütün ölkə ərazisini əhatə edə bilər və bunun sayəsində ölkəmizin neft və qaz potensialı tam dəqiqləşəcək.
Qeyd edək ki, “Abşeron” yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan cənub-şərq istiqamətdə yerləşir. Yatağın işlənməsi SOCAR və “Total” şirkətlərinin birgə müəssisə olan JOCAP tərəfindən həyata keçirilir. Qazma işləri SOCAR-ın “CDC” şirkəti tərəfindən aparılıb. İki lülədən ibarət olan qiymətləndirmə və hasilat məqsədli quyunun qazılması bu ildə başa çatıb. Məhsulun sahilə çıxarılması üçün lazım olan bütün sualtı avadanlıqlar hazırda Azərbaycandadır. Qurulan sualtı infrastruktur vasitəsi ilə məhsul Neft Daşlarındakı qəbuledici platformaya, orada isə sahilə çıxarılacaq. 2021-ci ildə quraşdırma işlərin tamamlanması və ilk məhsulun çıxarılması nəzərdə tutulur. Çıxarılacaq ilk qaz həcmləri Azərbaycanın daxili bazarının tələbatına yönləndiriləcək.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır