TRACECA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçdi
Bakıda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi(TRACECA) Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclası keçirilib və komissiyaya sədrlik potasiya qaydasında Azərbaycana keçib.
YeniAvropa xəbər verir ki, iclasda TRACECA-ya üzv və müşahidəçi ölkələrin nümayəndə heyətləri, Azərbaycanın aidiyyəti dövlət qurumlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
İqtisadiyyat naziri, TRACECA Hökumətlərarası Komissiyasının yeni sədri Mikayıl Cabbarov Azərbaycanın sədrliyi dövründə qurumun daha da inkişaf edəcəyinə, TRACECA-nın regionda aparıcı nəqliyyat dəhlizi kimi güclənəcəyinə əminliyini bildirib.
M.Cabbarov “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş”in imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının XIV iclası çərçivəsində aparılan müzakirələrin təşkilatın möhkəmlənməsində və üzv ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsində rolunu vurğulayıb. Bildirilib ki, TRACECA çərçivəsində görülən genişmiqyaslı işlər Avrasiyanın enerji və nəqliyyat xəritəsinin əhəmiyyətli hissəsinə çevrilib və regionun nəqliyyat xəritəsini formalaşdırıb.
Sonra TRACECA-nın baş katibi Mirça Çiopraqanın TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin 13-cü iclasından keçən dövr ərzində gördüyü işlər barədə hesabatı dinlənilib.
TRACECA-nın Azərbaycan üzrə milli katibi Akif Mustafayev Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin böyük imkanlarının olduğunu qeyd edib, ölkəmizdə nəqliyyatın inkişafı və şaxələndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.
Üzv və müşahidəçi ölkələrin nümayəndə heyətlərinin rəhbərləri Əsas Çoxtərəfli Saziş üzrə qərar və tövsiyələrin icrasına dair məlumat verib, üzv ölkələr tərəfindən həyata keçirilən qlobal miqyaslı təşəbbüslərin regionu mühüm nəqliyyat qovşağına çevirdiyini qeyd ediblər.
İclasda beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək, TRACECA-nın strateji əhəmiyyətli layihələrin reallaşdırılması baxımından önəmli platforma olduğunu və regionun tranzit cəlbediciliyini artırdığını diqqətə çatdırıblar.
Tədbirdə Komissiyanın 2016-2026-cı illər üçün Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizinin inkişafı Strategiyasının 2018-2021 il üzrə Tədbirlər Planının icra vəziyyəti, 2018-ci il üzrə beynəlxalq avtomobil daşımalarına dair TRASEKA-nın icazə sisteminin hesabatı, digər üzv ölkələrin TRACECA multimodal daşımalarının inkişafı haqqında Sazişə qoşulması və digər məsələlər barədə müzakirələr aparılıb.
Komissiyanın iclası çərçivəsində TRACECA-nın fəaliyyəti ilə bağlı bir sıra sənədlər təsdiq edilib və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin Baş Katibliyinə seçkilər keçirilib.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır