logo

"AzVirt" Serbiyada yol tikintisinə başlayıb

16:09 06-12-2019 | icon 2926
"AzVirt" Serbiyada yol tikintisinə başlayıb

Dekabrın 6-da Azərbaycanın “Azvirt” şirkəti tərəfindən Serbiyada yol tikintisinə başlanılıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bununla bağlı keçirilən tədbirdə Serbiya prezidenti Aleksandr Vuçiç də iştirak edib.

Ruma və Loznisa şəhərlərini birləşdirəcək yolun uzunluğu ümumilikdə 77,3 kilometrdir. Tikinti işlərinin 2023-cü ilin sonunda yekunlaşdırılması planlaşdırılır.