logo

Ağdam sakini həmyerlisini güllələdi

13:29 06-12-2019 | icon 2310
Ağdam sakini həmyerlisini güllələdi

Daxili İşlər Nazirliyi Ağdamda baş verən cinayət hadisəsi ilə bağlı məlumat yayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Ağdam rayonunun Yüzbaşılı kəndində yaşayan, əvvəllər məhkum olunmuş C.İsmayılovun həyətinə gəlmiş şəhər sakini O.Məmmədovla aralarında baş vermiş münaqişə zamanı C.İsmayılovun tüfəngdən açdığı atəşlə O.Məmmədova xəsarət yetirməsi barədə nazirliyin “102” Zəng Mərkəzinə məlumat daxil olub.

Xəsarət almış O.Məmmədov xəstəxanaya yerləşdirilib.

Ağdam rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İsmayılov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.