logo

MSK növbədənkənar seçkilərlə bağlı toplanır

11:51 06-12-2019 | icon 2401
MSK növbədənkənar seçkilərlə bağlı toplanır

Sabah Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

YeniAvropa xəbər verir  ki, bu barədə  MSK-dan məlumat verilib. Bildirilib ki, iclasda Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar qərar veriləcək.

Toplantı saat 14:00-da başlayacaq.

Xatırladaq ki, prezident İlham Əliyev dekabrın 5-də parlamentin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Milli Məclisin beşinci çağırışı buraxılıb.

Parlamentə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.