logo

İlham Əliyev Şamaxıda avtomobil yolunun açılışında iştirak edib

18:25 05-12-2019 | icon 2345
İlham Əliyev Şamaxıda avtomobil yolunun açılışında iştirak edib

Prezident İlham Əliyev dekabrın 5-də Şamaxı rayonuna səfəri çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.

Sonra prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.