logo

“Veysəloğlu”nun şirkətlərindən biri ləğv olunur

16:10 05-12-2019 | icon 2905
“Veysəloğlu”nun şirkətlərindən biri ləğv olunur

Azərbaycanın aparıcı ticarət holdinqi – “Veysəloğlu” MMC-nin şirkətlərindən biri ləğv olunur.

YeniAvropa xəbər verir  ki, bu haqda Vergilər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, söhbət “V-Trade” MMC-dən gedir. Şirkət “Veysəloğlu”ya qoşularaq ləğv edildiyini, bütün hüquq və öhdəliklərini holdinqə ötürdüyünü bəyan edib. 

Xatırladaq ki, “Veysəloğlu”nun törəmə şirkəti Bakı şəhəri, Nizami rayonu, 2-ci Eninə küçəsi, ev 2 ünvanında fəaliyyət göstərirdi.