Milli Şura parlament seçkiləri ilə bağlı bəyanat yaydı: “Bu addım atılmasa boykot edəcəyik”
Azərbaycanda gözlənilən erkən parlament seçkiləri ilə bağlı Demokratik Qüvvələrin Milli Şurası (MŞ) növbədənkənar toplantı keçirib və müzakirələrin sonunda bəyanat qəbul edib.
YeniAvropa xəbər verir ki, qəbul olunan bəyanatda deyilir ki, gözlənilən yeni seçkilər ölkədə çox ciddi sosial, siyasi gərginlik dövrünə təsadüf edib.
MŞ ehtimal edir ki, məqsəd demokratikləşmə yox, müxalifəti qəfil yaxalayıb seçkiləri daha asan qalib gəlməkdir.
“Milli Şura bu ehtimalların həqiqət payının yüksək olduğunu düşünür və bunu nəzərə alır. Lakin bununla yanaşı hesab edir ki, nəzərdə tutulan erkən seçkini cəmiyyət üçün müsbət hadisəyə çevirmək şansı da var”-deyə bəyanatda vurğulanır.
Milli Şura hesab edir ki, təcili şəkildə, indiki Milli Məclis buraxılmadan ən vacib seçki islahatları həyata keçirilməli və ölkədə minimum da olsa, seçki mühiti yaradılmalıdır: “Milli Şuranın 2015 və 2018-ci il seçkilərində iştirak etməməsinin səbəbi məhz ölkədə minimal seçki mühitinin olmaması idi.
İndi hakimiyyət seçki mühitinin yaranması üçün təcili addımlar atmalıdır ki, müxalifətin də iştirak edəcəyi və cəmiyyəti doğrudan da islahatlar istiqamətində aparacaq bir seçki keçirmək mümkün olsun”.
Bəyanatda daha sonra qeyd olunur ki, Milli Şura Azərbaycan cəmiyyətində dinc, demokratik inkişafa inam və ümid yarada bilən seçkilərdə iştiraka hazırdır və qalib gəlmək iddiasındadır.
Bunun üçün aşağıdakı tədbirlərin həyata keçirilməsini zəruri sayır:
- Seçki komissiyaları iqtidarın, müxalifətin və namizədlərin təmsilçiliyilə yenidən formalaşmalıdır;
- Namizədlərin qeydiyyatına yaradılan süni əngəllər aradan qaldırılmalıdır (2010-cu il parlament seçkilərində AXCP-Müsavat blokunun namizədlərinin 2/3-i qeydə alınmamışdı);
- Bərabər təbliğat imkanları, o cümlədən İTV-də namizədlər üçün çıxış, partiyalar üçün debat imkanları bərpa olunmalıdır;
- Sərbəst toplaşma azadlığı Bakıda və regionlarda təmin edilməlidir;
- Seçki müşahidəçilərinin səslərin sayılması prosesinə nəzarət imkanı təmin olunmalı, seçki məntəqələrində tərtib edilən protokolların surətləri onlara verilməlidir;
- Seçki şikayətlərinə baxılma proseduru təkmilləşməli və şəffaf olmalıdır;
- Siyasi məhbuslar azad edilməlidir.
Milli Şura bəyan edib ki, bu tədbirlərin həyata keçirilməsi üçün vaxt da var və bunlar edilmədən yeni seçki keçirməyin heç bir mənası olmayacaq. Ona görə də hakimiyyət təcili qaydada bu minimum islahatları həyata keçirməlidir.
Bu tədbirlər həyata keçiriləcəyi təqdirdə Milli Şura seçkilərdə iştirak edəcək.
Əks halda isə Milli Şuranın prosesdə iştirak etməyəcəyi və seçkiləri boykot edəcəyi vurgulanır.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır