Moskva-Anapa marşrutu ilə uçan Rusiyanın “Aeroflot” şirkətinə məxsus təyyarə ikinci pilotun vəziyyətinin pisləşməsi üzündən Rostovda qəza enişi edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, həkimlərin səyinə baxmayaraq pilotun həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər pilotun qəfil ürəktutmadan vəfat etdiyini deyirlər.