logo

TRACECA-nın Azərbaycan hissəsində 39 milyon tonadək yük daşınıb

20:27 21-11-2019 | icon 301
TRACECA-nın Azərbaycan hissəsində 39 milyon tonadək yük daşınıb

Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin(TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38 milyon 762,9 min ton, yük dövriyyəsi isə 8 milyard 254,8 milyon ton-kilometr olub.

YeniAvropa xəbər verir  ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, yüklərin 25 milyon 376,6 min tonu və ya 65,5 faizi avtomobil nəqliyyatı, 9 milyon 663,1 min tonu və ya 24,9 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 723,2 min tonu və ya 9,6 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 15,4 faizini və ya 5 milyon 979,7 min tonunu tranzit yüklər təşkil edib.