Prezident İlham Əliyev noyabrın 21-də Mahir Aslanovun təltif edilməsi haqqında sərəncam imzalayıb.
YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda deyilir:"Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Mahir Məhəmmədəli oğlu Aslanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin".
Xatırladaq ki, sabah Mahir Aslanovun 70 yaşı tamam olur.O, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisdə təmsil olunur və Aqrar siyasət komitəsinin üzvüdür.