Noyabrın 20-də Ukraynanın paytaxtı Kiyev şəhərində GUAM-ın Milli Əlaqələndiricilər Şurasının 51-ci iclası keçiriləcək.
YeniAvropa xəbər verir ki, bu barədə GUAM-ın Milli Əlaqələndiricilər Şurasından bildirilib. Qeyd edilib ki, iclasdan əvvəl noyabrın 19-da quruma üzv ölkələrin ekspertləri səviyyəsində müzakirələr aparılıb. İclasda GUAM çərçivəsində siyasi, iqtisadi əməkdaşlığın perspektivləri, beynəlxalq təşkilatlarda birgə fəaliyyətin gücləndirilməsi müzakirə olunacaq.
Noyabrın 20-də isə GUAM-a üzv ölkələrin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə iclasın rəsmi açılışı keçiriləcək. Toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edəcək.
İclasın sonunda protokol imzalanacaq.