logo

Sumqayıt şəhəri 70 illik yubileyini hərbi paradla qeyd etdi

11:12 19-11-2019 | icon 2226
Sumqayıt şəhəri 70 illik yubileyini hərbi paradla qeyd etdi

Sumqayıta şəhər statusu verilməsinin 70 ili tamam olur.

YeniAvropa xəbər verir  ki, bu münasibətlə bu gün səhər saatlarında Sumqayıtın əsas meydanında, Sumqayıt şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında ümumşəhər yubiley tədbiri keçirilir.

Meydan və onun ətrafı minlərlə şəhər sakini ilə dolub. Sumqayıt sakinləri zəngin, o cümlədən mürəkkəb inkişaf yolu keçərək ölkəmizin böyük sənaye mərkəzindən birinə çevrilən şəhərləri ilə fəxr edirlər. Bu hiss onların çöhrəsində, əhval ruhiyyəsində aydın şəkildə müşahidə olunur.

Meydanda qurulan tribunalarda şəhər rəhbərliyi, veteranlar, rəsmi şəxslər, Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik nümayəndəliklərinin əməkdaşları, Sumqayıtla qardaşlaşmış Almanıyanın, Ukraynanın, Çinin şəhərlərinin nümayəndə heyətləri də yer alıblar.

Şəhərin yubileyinə həsr edilmiş bayram tədbiri Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayiətində hərbçilərin keçidi ilə başlayıb. Keçid zamanı Dövlət Sərhəd Xidmətinin malik olduğu müasir silahlar nümayiş olunub.

Tədbir sənaye müəssisələri, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin keçidi ilə davam edir.

1-3

Qeyd edək ki, 1949-cu ilin noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Sumqayıta şəhər statusu verilib. 70 il tarix baxımından qısa müddət olsa da, Sumqayıtın əldə etdiyi uğurların palitrası zəngin, əhəmiyyəti böyükdür. Ötən hər bir il Sumqayıtın simasını müsbət dəyişib, onu Cənubu Qafqazın ikinci sənaye mərkəzinə çevirib.