logo

Gürcüstan müxalifəti parlament binasının qapılarını qıfılladı

20:33 17-11-2019 | icon 2422
Gürcüstan müxalifəti parlament binasının qapılarını qıfılladı

Gürcüstan müxalifəti Tbilisidə parlament binasının qarşısında etiraz aksiyasını davam etdirir.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, müxalifət nümayəndələri artıq parlamentin bütün giriş-çıxış qapılarını bağlayıb. Qapılara qıfıl vurulub. Eyni zamanda, parlamentin qapılarının qarşısında çadırlar qurulub.

Aksiya iştirakçıları bildiriblər ki, heç bir deputat qanunverici orqana buraxılmayacaq. Hələlik aksiya dinc şəkildə davam edir və qarşıdurma olmayıb.

Polis təhlükəsizliyi təmin edib.