logo

Azərbaycan millisi Uelsə uduzdu

22:57 16-11-2019 | icon 3164
Azərbaycan millisi Uelsə uduzdu
Bu gün futbol üzrə Azərbaycan millisi "Euro2020"nin seçmə mərhələsi çərçivəsində 7-ci oyununu keçirib.
 YeniAvropa xəbər verir  ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda Uels yığmasını qəbul edib. "Bakcell Arena"da baş tutan matçda yığmamız 0:2 hesabı ilə məğlub olub.
 
Bu oyuna qədər 5 komandalı E qrupunda yer alan hər iki kollektiv indiyədək 6 oyun keçirib. Uels 8 xalla 4-cü, Azərbaycan 1 xalla sonuncu pillədə qərarlaşaraq final mərhələsinə yüksəlmə şanslarını itiriblər. Qalan 4 komandanın isə növbəti mərhələ şansları qalır.
Xatırladaq ki, bu,iki komanda arasında 8-ci qarşılaşmadır. Əvvəlki görüşlərin yalnız birində - 2004-cü il sentyabrın 4-də Azərbaycan millisi Bakıda Uelslə heç-heçə etməyi bacarıb - 1:1. Qalan 7 oyunun hamısında britaniyalılar qələbə qazanıblar.