logo

"Gilan Holdinq" "Qəbələ"yə sponsorluğunu dayandırır

22:31 16-11-2019 | icon 3213
"Gilan Holdinq" "Qəbələ"yə sponsorluğunu dayandırır
Azərbaycan Kubokunun qalibi olan "Qəbələ" yeni ildən sponsorsuz qalacaq.
 YeniAvropa xəbər verir  ki, klubun baş himayədarı olan "Gilan Holding" 2020-ci ilin yanvarın 1-dən kluba maddi dəstəyini dayandıracaq.Bununla da "Qəbələ" cari mövsümün ikinci yarısına planlaşdıırlan bütün büdcədən məhrum olacağı gözlənilir.
"Gilan Holding" sponsorluluğunun məhz yanvardan dayandıracağına gəlincə isə, məsələ ondadır ki, futbolda klubun büdcəsi mövsüm üçün müəyəynləşdirilsə də,  kommersiya şirkətlərində büdcə ili yanvar-dekabr aylarını əhatə edir. Odur ki, "Qəbələ" artıq qış fasiləsində tarixin yaddaşına köçməməsi üçün özünə yeni sponsor axtarmaq məcburiyyətindədir. 
Yeri gəlmişkən, bu xəbər o səbəbdən daha çox üzücüdür ki, klubun Futbol Akademiyası yetərincə uğurlu fəaliyyət göstərməkdədir. "Qəbələ"nin bir çox yetirməsi aparıcı klublarımzıın şərəfini qoruyurlar, həmçinin ölkənin bütün yaş qruplarında təmsil olunurlar.
 Qeyd edək ki, əsası 1995-ci ildə qoyulan "Qəbələ" 2006-cı ildən fasiləsiz Premyer Liqada çıxış edir. "Qırmızı-qaralar" Azərbaycanda ardıcıl 2 il Avropa Liqasında mübarizəyə ilk mərhələdən başlayaraq qrupa düşən yeganə klubdur .
Xatırladaq ki, bu ilin aprelin əvvəlində fövqəladə hallar naziri Kəmaləddin heydərovun oğlu Tale Heydərov "Qəbələ" İdman Klubu prezidentliyindən istefa verib. O,  13 il bu vəzifəni icra edib. Bunun ardından Kəmaləddin Heydərovun himayəsində olan "Gilan Holdinq"in də kluba sponsorluğunu dayandırması çox da təəccüblü görünmür.