Vüsal Tağıbəylinin “İki çay arasında cənnət” adlı kitabı çap olunub
İstedadlı jurnalist Vüsal Tağıbəylinin “İki çay arasında cənnət” adlı növbəti kitabı çapdan çıxıb.
YeniAvropa xəbər verir ki, kitabda Özbəkistan səfərinin yekunu olaraq təəssüratlarını oxucularla bölüşən müəllif, bu ölkədə gəzib-gördüyü şəhər və kəndlərin tarixi abidələri, mədəniyyət və məişəti, iqtisadiyyatı, turizm potensialı, ən əsası isə insanların özünəməxsus, ənənəvi adət-ənənələri barədə oxuculara məlumat verməkdədir.
Müəllif 14 fəsildən ibarət kitabında Özbəkistanın bütün vilayətləri haqqında ayrıca söhbət açır. Qeyd edir ki, ölkənin harasında yaşamasına baxmayaraq insanlar Azərbaycan haqqında yalnız xoş sözlər deyir, Bakını görmək arzularını dilə gətirirdilər. Hətta yaşlı insanlar SSRİ zamanında azərbaycanlı dostlarının olduğunu deyər, onlarla bağlı xoş xatirələr danışırdılar.
Müəllif əsəri boyunca Özbəkistanın bütün şəhərlərində təmizliyə maksimum fikir verilməsindən, hətta, məsələn, paytaxt Daşkəndin küçələrində yerdə adi siqaret qalığını belə görməməsindən ağız dolusu söz açır. “Şəhərlərdə bağ və parklarda, enli küçələrin kənarlarında sırayla əkilmiş, biz azərbaycanlıların da sevə-sevə yediyi al-əlvan rəngli reyhanların ətri adamı bihuş edir” yazan müəllif əlavə edir ki, bu ölkənin şəhərlərində ağacı kəsmək cinayət sayılır və ona görə də hər yerdə onillərə, hətta əsrlərə şahidlik etmiş çinarlar adamı heyrətə salmaqdadır.
Nəşrdə Fərqanə vaidisinə geniş yer ayrılıb. Dünyanın ən hündür dağlarının arasında yer alan bu vadini əfsanəvi cənnət adlandıran müəllif yazır ki, Sırdərya çayı və qollarının suvardığı Fərqanədə bir qarış da olsun torpaq istifadəsiz qalmır – mütləq ya meyvə ağacları, ya da üzüm tingləri əkilir. Ucsuz-bucaqsız pambıq plantasiyaları, üzümliklər və xüsusən son illər sahələri sürətlə genişləndirilən meyvə bağları, Fərqanə vadisinin əhalisi üçün həm iş yeri, həm də qazanc və ərzaq bazası rolunu oynayır.
Yeri gəlmişkən, müəllif yazır ki, xüsusilə qədim Əndican vilayətində dünyanın ən qonaqpərvər, üzügülər və dostsevər insanları yaşayır. Hətta o qədər mehribandırlar ki, dünyanın yükünü daşıyan adam da orada dərd-sərindən xilas olur.
Kitabda böyük bir bölüm də Səmərqəndə, Buxara və Xivəyə həsr olunmaqdadır. Müəllif yazır ki, Əmir Teymurun məzarı önündə baş əymək hər bir tarixsevərə elə böyük qürur yaşadır ki... Əmir Teymurun, xələflərinin tikdirdiyi əzəmətli sarayların, möhtəşəm məscidlərin həndəvərində dolaşan hər bir kəs özünü xəyalən o dövrdə hiss edir. Qədim tarixi ilə yanaşı müasir, inkişaf etmiş infrastrukturu, eyni zamanda yaşıllıqları ilə seçilən Səmərqənd tamam başqa aləmdir. Buxara və Xivə isə tarixin canlı muzeyi olsalar da, səhranın qoynunda yerləşdikləri üçün yaşıllıqları bir az kasaddır...
Kitabda qeyd olunur ki, Özbəkistanın bütün vilayətlərində saysız-hesabsız tarixi abidələr mövcuddur və həm də onlar yeni nəsillər üçün kifayət qədər yaxşı qorunublar. Bundan əlavə, Özbəkistanın demək olar ki, bütün şəhərlərində eksponatlarla zəngin muzeylərin qapısı ziyarətçilərin üzünə açıqdır.
Beləliklə, “İki çay arasında cənnət” kitabı qardaş Özbəkistan dövlətini tanıyıb-duymaq istəyən hər kəs üçün əvəzsiz, zəngin mənbədir...
Sabah Bakıda 26° isti olacaq
Rəşad Nəbiyev Türkiyədə Orta Dəhlizin daşıma potensialının artırılmasını müzakirə edib
Azərbaycanla Rusiya Xəzər məsələləri üzrə işçi qrup yaradıb
Azərbaycan Belarusla kənd təsərrüfatı üzrə Yol Xəritəsi imzalayıb
Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib
2200-dən çox namizəd dövlət qulluğuna imtahanı verəcək
Qazaxıstan prezidenti MDB təhlükəsizlik xidmətləri rəhbərlərini qəbul edib
UEFA Millətlər Liqası: Millimizin Estoniya və Slovakiya matçı üçün heyəti açıqlanıb
Türkiyənin ədliyyə naziri Yılmaz Tunç Azərbaycanda səfərdədir
AQTA “Rigs” hoteldə yemək verilməsinə qadağa qoyub
Bakıda “İqlim Fəaliyyəti üçün Yürüş” keçirilib
Bu gün 3 rayonda qaz olmayacaq
Azərbaycan nefti 80,04 dollara satılır
Gədəbəy sakini atdan yıxılaraq ölüb
Zığ dairəsi-Hava Limanı yolunda zolaqlar üzrə sürət endirilib
Zakir Həsənov Türkiyəyə işgüzar səfərə gedib
Bu gün Cəbrayıl Şəhəri Günüdür
İlham Əliyev Zəngilanda “Sarıqışlar” SES-in açılışında iştirak edib
“Azercell” yenilənmiş “Premium” tarif paketlərini təqdim edir
Sabah Bakıda 24° isti olacaq
Bu gün Bakı metrosunda iş rejimi gücləndiriləcək
Dünya çempionatı: Daha iki cüdoçumuz medalsız qalıb
İlham Əliyev Cəbrayılda bir sıra təməlqoyma mərasimlərdə iştirak edib
Əli Əsədov Minskdə Aleksandr Lukaşenko ilə görüşüb
UEFA Avropa Liqası: “Qarabağ”- “Malmö” matçına 24 min bilet satılıb