logo

İranda benzinin qiymətinin 50 faiz artması ölkədə ajiotaj yaratdı

12:59 16-11-2019 | icon 2618
İranda benzinin qiymətinin 50 faiz artması ölkədə ajiotaj yaratdı

İranda benzinin qiymətinin 50 faiz artması ölkədə ajiotaj yaradıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, İran Milli Neft emalı şirkəti ölkə vətəndaşlarına əvvəlcədən xəbərdarlıq etmədən benzinin qiymətini noyabrın 14-dən 15-nə keçən gecədən başlayaraq birdən-birə üç dəfə qaldırıb. Benzinin qiymətinin kəskin artması ölkə vətəndaşlarını şok vəziyyətə salıb. 

İran Milli Neft emalı şirkəti bildirib ki, yeni qərara əsasən, bu gündən etibarən benzinə kvota qoyulacaq. Belə ki, ayda hər avtomobilə görə 60 litr kvota qoyulmuş  benzinin qiyməti  hər litr üçün 1500 rial, hər litr azad benzinin qiyməti isə 3 min rial olacaq.

Yerli mətbuat yazır ki, benzinin qiymətinin yüksəlməsi ərzaq və sənaye mallarının, eləcə də xidmətlərin qiymətinin qalxmasına səbəb olacaq.

Xatırladaq ki, ötən gün ölkə parlamentində gələn ilin büdcə zərfi müzakirəyə çıxarılıb. Müzakirələr zamanı məlum olub ki, büdcədə böyük kəsir yaranacaq. Odur ki, hökumət büdcə kəsirini aradan qaldırmaq üçün benzinin qiymətinin artırmaq qərarına gəlib.

Qeyd edək ki, sərt sanksiyalar altında olan İran neftin satışından əldə etdiyi valyutanı ölkəyə gətirə bilmir.