logo

Qusarda 40 yaşlı kişi itkin düşüb

11:13 15-11-2019 | icon 2380
Qusarda 40 yaşlı kişi itkin düşüb

Qusar şəhər sakini 40 yaşlı Vasilyev Roman Anatolyeviç itkin düşüb.

YeniAvropa xəbər verir  ki, bu barədə rayon Polis Şöbəsindən  bildirilib. Qeyd edilib ki,  R.Vasilyev oktyabrın 20-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Aparılan ilkin əməliyyat axtarış tədbirlərinə baxmayaraq itkin düşən şəxsi tapmaq mümkün olmayıb.

Roman Vasilyev arıq bədən qurluşlu, qara qısa saçlı, boyu 160 santimetrdir.

İtkin düşən şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Qusar Rayon Polis Şöbəsinə 023-385-28-03 şəhər və (070) 422-44-50 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.