logo

XİN mühacirlərin Almaniyada saxlanılmasına münasibət bildirdi

21:10 14-11-2019 | icon 2191
XİN mühacirlərin Almaniyada saxlanılmasına münasibət bildirdi

"Almaniyada Azərbaycan vətəndaşlarının sənədlərinin saxtalaşdırılması və qeyri-qanuni miqrasiyada şübhəli bilinərək saxlanılması barədə məlumatımız var"

 YeniAvropa xəbər verir  ki,  bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

XİN rəsmisi bildirib: "Təəssüf edirik ki, özlərini “siyasi mühacir” kimi qələmə verən bu şəxslər yuxarıda qeyd olunan fəaliyyətdə şübhəli bilinərək saxlanılıblar. Azərbaycan və Almaniya hüquq-mühafizə orqanları arasında əməkdaşlıq mövcuddur və Almaniya tərəfindən müraciət olduğu təqdirdə bu məsələ müvafiq şəkildə nəzərdən keçirilə bilər".

Qeyd edək ki, noybarın 13-də Almaniyanın 6 əyalətində 38-dən çox ev və iş yerlərinə basqın zamanı miqrant biznesi ilə məşğul olan 7 Azərbaycan vətəndaşı saxlanılıb.