logo

Ayətullah Əli Xameneyi 3500-dən çox məhbusu əfv edib

22:26 14-11-2019 | icon 2639
Ayətullah Əli Xameneyi 3500-dən çox məhbusu əfv edib

İranın Ali Rəhbəri Ayətullah Əli Xameneyi əfv sərəncamı imzalayıb.

 YeniAvropa  yerli mətbuata istinadla xəbər verir ki, əfv olunan 3552 məhbusdan 32 nəfəri İran dövlətinə qarşı fəaliyyət göstərməkdə ittiham edilərək azadlıqdan məhrum edilənlərdir. Onların arasında jurnalistlər və tələbələr də var.

Mətbuat yazır ki, Ali Rəhbər yüksək humanistlik nümayiş etdirib və dövlətə qarşı çıxanları da əfv edib.

İnqilabdan sonra ilk dəfədir ki, İranda dövlətə qarşı cinayətdə ittiham edilərək həbs olunan adam azadlığa buraxılır.