logo

İlham Əliyev Fələstin Dövlətinin prezidentini təbrik etdi

19:22 14-11-2019 | icon 2275
İlham Əliyev Fələstin Dövlətinin prezidentini təbrik etdi

Prezident İlham Əliyev Fələstin Dövlətinin prezidenti Mahmud Abbasa təbrik məktubu ünvanlayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Məktubda deyilir:

"Hörmətli cənab prezident,

Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan-Fələstin əlaqələri xalqlarımızın istək və iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Fələstin xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".