logo

"5G şəbəkəsinə hələ ki tələbat çox azdır"- Rayner Ratgeber

17:15 14-11-2019 | icon 3213
"5G şəbəkəsinə hələ ki tələbat çox azdır"- Rayner Ratgeber

"Hazırda Azərbaycan bazarında 5G şəbəkəsinin geniş tətbiq edilməsi barədə danışmaq tezdir".

YeniAvropa xəbər verir  ki, bu fikri "Bakcell"in baş icraçı direktoru Rayner Ratgeber  bu gün keçirdiyi mətbuat konfransında səsləndirib. 

R.Ratgeber bildirib ki, 5G texnologiyasını bazarda reallaşdırmaq üçün müvafiq tələb və cihazlar olmalıdır:

""Bakcell" öz şəbəkəsinin etibarlılığını və sabitliyini təmin etmək üçün şəbəkə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində müntəzəm olaraq tədbirlər görür. Azərbaycanda "Bakcell"in şəbəkəsi dünyada ən yaxşı olan şəbəkələrdən biri sayılır. Mən dünyanın bir çox ölkələrində olmuşam. Tam səmimi bildirirəm ki, burada həm internet qiyməti aşağıdır həm də şəbəkənin keyfiyyəti yüksəkdir. Yəni bizim başlıca vəzifəmiz 4G şəbəkəsini daha da optimallaşdırmaqdır. 5G şəbəkəsinin isə hazırki vəziyyətdə adi istifadəçilər üçün üstünlüyü azdır. 5G-nin üstünlüyü bu gun sadəcə şəbəkədə olan sürətli reaksiyalardır. Bundan ən çox böyük zavodlar, idarələr istifadə edə bilər. Əlbətdə ki, bir telekommunikasiya şirkəti olaraq biz dünyada 5G inkişafını izləyirik, lakin gündəlik istifadə üçün 4G xidməti bütün tələbləri üstələyir",-deyə  Rayner Ratgeber vurgulayıb.