logo

Bakıda İtaliya Mətbəxi Həftəsi keçiriləcək

21:55 12-11-2019 | icon 10738
Bakıda İtaliya Mətbəxi Həftəsi keçiriləcək

Noyabrın 12-də “Expo Cafe”də bütün dünyada İtaliya Mətbəxi Həftəsinə həsr olunmuş mətbuat konfransı olub.

YeniAvropa xəbər verir  ki, tədbirdə bildirilib ki, İtaliya Mətbəxi Həftəsi noyabrın 18-dən 24-dək keçiriləcək.

Mətbuat konfransında bildirilib ki, tədbir çərçivəsində Bakıda ustad dərsləri, məşhur italyan aşpazlarla görüşlər, habelə paytaxtın iri marketlərində İtaliya məhsullarının promo-aksiyaları təşkil olunacaq.

Qeyd edək ki, Həftənin əsas məqsədi İtaliya mətbəxini bütün dünyada təbliğ etməkdir.