logo

Gənc şair Anar Məcidzadənin “Vətən sevgisi” adlı kitabı işıq üzü gördü

16:28 12-11-2019 | icon 700
Gənc şair Anar Məcidzadənin “Vətən sevgisi” adlı kitabı işıq üzü gördü

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü , gənc şair Anar Məcidzadənin “Vətən sevgisi” adlı kitabı nəşr olunub.

YeniAvropa xəbər verir  ki, müəllifin cari ildə çap olunan kitabında onun müxtəlif mətbu orqanlarda dərc edilmiş məqalələri və müsahibələri toplanıb.

Kitab Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəşriyyatında nəşr olunub.

Xatırladaq ki, gənc şair Anar Məcidzadə 1998-ci ildən bədii yaradıcılıqla məşğuldur. O, 2006-2010-cu illərdə "Səs" qəzetində, 2012-2015-ci illərdə "Lent.az" İnformasiya Agentliyində müxbir işləyib. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İctimaiyyətlə əlaqələr şöbəsində baş məsləhətçi vəzifəsində çalışır.

2-ci dərəcə dövlət qulluqçusudur. 2017-ci ildə Prezident təqaüdünə layiq görülüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqının üzvüdür."Qızıl Qələm" mükafatçısıdır. Təhsil Nazirliyinin Fəxri diplomu ilə təltif edilib.