logo

Paytaxtda 2 qadını avtomobillə vuraraq qaçan sürücülər saxlanıldılar

13:31 08-11-2019 | icon 280
Paytaxtda 2 qadını avtomobillə vuraraq qaçan sürücülər saxlanıldılar

Bakıda piyadanı avtomobillə vuraraq qaçan sürücü saxlanılıb.

 YeniAvropa xəbər verir  ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 1-də Nərimanov rayonunun S.Vurğun küçəsində müəyyən edilməyən avtomobillə yolu keçən Bakı şəhər sakini C.Quliyeva vurulub.Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.

Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Opel” markalı avtomobilin sürücüsü, Sumqayıt şəhər sakini R.Rzayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər analoji hadisə isə Nəsimi rayonunda qeydə alınıb. Belə ki, noyabrın 6-da saat 11 radələrində Nəsimi rayonunun Azadlıq prospektində müəyyən edilməyən avtomobillə yolu keçən Naxçıvan şəhər sakini Ləman İsmayılova vurulub və o, xəstəxanaya yerləşdirilib. 

Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək qəza yerindən yayınmaqda şübhəli bilinən “Mercedes” markalı avtomobilin sürücüsü, Lənkəran rayon sakini M.İsmayılov saxlanılıb.