logo

İrandan nüvə proqramının bərpası istiqamətində növbəti addım

16:17 05-11-2019 | icon 189
İrandan nüvə proqramının bərpası istiqamətində növbəti addım

Sabah İran nüvə proqramının bərpa edilməsi istiqamətində 4-cü addımını atacaq.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu sözləri İran prezidenti Həsən Ruhani deyib. O bildirib ki, 4-cü addım nüvə obyektlərini qazla təmin etməkdən ibarət olacaq.

Prezident bəyan edib ki, qarşı tərəf razılaşmaya əməl etmədiyi təqdirdə İran da əməl etməyəcək. Lakin ABŞ və Avropa dövlətləri öz imzalarına sahib çıxaraq əldə olunan razılaşmaya əməl etsələr İran da nüvə proqramının bərpasını dayandırar.

Xatırladaq ki, ötən gün İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib ki, uranın zənginləşdirilməsini 20 faizə çatdırmaq üçün İrana 4 dəqiqə vaxt lazımdır.

Uranın bu həcmdə zənginləşdirilməsindən nüvə silahının yaradılmasına isə addımlıq məsafə qalır.