logo

“Azeri Light” 68 dollaradək bahalaşıb

13:49 05-11-2019 | icon 203
“Azeri Light” 68 dollaradək bahalaşıb

Azərbaycan neftinin qiyməti bahalaşıb.

 YeniAvropa xəbər verir  ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,27 dollar artaraq 67,91 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olmuşdu.